31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2025-ci ildə sahibkarlar üçün nə qədər təlim keçirilib?

2025-ci ildə KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 751 təlim təşkil olunub.

Agentliyin məlumatına görə, Bakı şəhərini və regionları əhatə edən təlimlər KOB-ların ehtiyaclarına uyğun olaraq satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. Agentliyin video təlim platformasında yerləşdirilmiş onlayn təlim videolarından, təlim materialları və özünüqiymətləndirmə testlərindən isə 475 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Ötən il KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 340 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.

Agentlik 2025-ci ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 288 biznes planın hazırlanmasına dəstək verib.

Ümumilikdə, 2025-ci ildə KOBİA-nın KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 7 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. Bu dəstək və xidmətlər canlı və onlayn rejimdə olmaqla, tamamilə ödənişsiz təqdim edilib.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?