31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın hesabatı MONEYVAL tərəfindən qəbul edilib

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində Azərbaycanın beynəlxalq standartlara uyğunluq dərəcəsi yüksəldilib.
Bu sahədə Azərbaycanın 5-ci raund qiymətləndirilməsi üzrə birinci tərəqqi hesabatı Avropa Şurasının Cinayət Yolu ilə Əldə Edilmiş Əmlakın Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) plenar iclasında təsdiq edilib.

Hesabat 2023-cü ildə qəbul edilmiş qiymətləndirmə hesabatında müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üzrə irəliləyişləri əks etdirir. MONEYVAL-ın qiymətləndirməsinə əsasən, Azərbaycan bu istiqamətdə əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Azərbaycan bu sahədə ölkədaxili və beynəlxalq strategiyaların hazırlanması və təbliğini həyata keçirən hökumətlərarası Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarına uyğunluq dərəcəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirib.

MONEYVAL-ın 2023-cü il üzrə qiymətləndirməsindən sonra Azərbaycan tərəfindən müxtəlif sahələr üzrə risklərin qiymətləndirilməsi tamamlanıb. ƏL/TMM və benefisiar mülkiyyətçilik üzrə şəffaflığı təmin edən sistemlə bağlı yeni qanunvericilik və normativ aktlar qəbul olunub, maliyyə institutlarının fəaliyyətini tənzimləyən sahəvi qanunlara dəyişikliklər edilib, bu sahədə maarifləndirmə və təlimatlandırma aparılıb. Tələb olunan standartlara uyğun statistik məlumatların əhatə dairəsi genişləndirilib, hüquq, mühasibat və auditor xidmətləri üzrə nəzarət təkmilləşdirilib.

Nəticədə MONEYVAL ekspertləri Azərbaycan hökumətinin ƏL/TMM sahəsində qanunvericilik və tənzimləyici çərçivənin FATF tövsiyələrinə uyğunluğunun əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb. Təqdim edilmiş əsaslandırmalar nəzərə alınaraq, 7 FATF tövsiyəsinin hər biri üzrə müraciətə dair müsbət qərar verilib və həmin tövsiyələrlə bağlı reytinqlər yüksəldilib.

Azərbaycan qarşıdakı mərhələdə MONEYVAL ilə institusional əməkdaşlığın davamlılığını təmin edəcək. Görülən tədbirlər ölkənin beynəlxalq maliyyə institutları və tərəfdaşları ilə əməkdaşlıq imkanlarının genişlənməsinə, habelə maliyyə sisteminin şəffaflığının və hüquq-mühafizə orqanlarının bu sahədə fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edir.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?