31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistanla maliyyə texnologiyaları sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Mərkəzi Bankın məlumatına görə, Memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılması ilə yanaşı, kapital və sığorta bazarı, kripto-aktivlərin inkişafı, tənzimlənməsi və nəzarəti sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə töhfə verəcək.

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin həyata keçirilməsi, maliyyə inklüzivliyi və əməliyyat səmərəliliyinin artırılması məqsədilə innovativ maliyyə texnologiyalarının inkişafının təşviq edilməsi nəzərdə tutulur.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?