31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qana Azərbaycanla akvakultura sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsraildə keçirilən Sea the Future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti çərçivəsində Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Artur ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Qana arasında müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, aqrar məhsulların ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcud olduğu vurğulanıb. Qeyd olunub ki, ikitərəfli əlaqələrin gücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir və uzunmüddətli, dayanıqlı iqtisadi əməkdaşlığa zəmin yaradır.

Nazir Emeliya Artur Qananın Azərbaycanla ilk növbədə akvakultura sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün geniş perspektivlərin mövcudluğunu diqqətə çatdırıb.

Nazir Məcnun Məmmədov isə qeyd edib ki, Azərbaycan Afrika dövlətləri ilə müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı ardıcıl şəkildə genişləndirir. Son dövrlərdə bir sıra Afrika ölkələri ilə aqrar sahə üzrə əməkdaşlıq memorandumlarının imzalandığını xatırladan nazir Qana Respublikası ilə də analoji sənədin imzalanmasını, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi məqsədilə birgə işçi qrupunun yaradılmasını təklif edib. Məcnun Məmmədov əlavə olaraq Azərbaycanın aqrar sahədə tətbiq etdiyi qabaqcıl texnologiyaları və formalaşmış təcrübəni Qana tərəfi ilə bölüşməyə hazır olduğunu bildirib.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?