31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il külək və günəş enerjisi istehsalında müsbət dinamika qeydə alınıb

2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt·st, yəni 0,9 faiz artaraq 28 657,5 mln. kVt·st olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bu dövrdə İES-lərdə 24 823,4 mln. kVt·st, SES-lərdə 2 842,5 mln. kVt·st, digər mənbələr üzrə isə 991,6 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 169,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 599,8 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 mln. kVt·st artımla 769,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 591,8 mln. kVt·st (İES-lərdə 22 703,6 mln. kVt·st, SES-lərdə 2 827,1 mln. kVt·st, GES-lərdə 61,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 3 038,7 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1 147,3 mln. kVt·st, idxalı isə 177,2 mln. kVt·st olub.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?