8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zahid Məmmədov: "Ölkəmizdə aparılan iqtisadi islahatlarda vətəndaş həmrəyliyi xüsusi qeyd olunmalıdır"

Yenicə başa çatan 2018-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib. İqtisadi aktivlikdə müsbət dinamika müşahidə olunub. Qlobal maliyyə bazarlarında yaşanan risk səviyyəsinin yüksək və qeyri-müəyyən artmasına baxmayaraq ölkəmiz daxili sabitliyi təmin edə bilib. İnflyasiya təkrəqəmli səviyyədə saxlanılıb. Təbii ki, inflyasiyanın aşağı səviyyədə olması əhalinin real gəlirinin artmasını dəstəkləyir. Bütün bunlar biznes mühitinin yaxşılaşmasına və gələcək gözləntilərə müsbət təsir göstərir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib. Qeyd edib ki, tədiyyə balansının vəziyyətinin yaxşılaşması neftin əlverişli qiymətini, eyni zamanda, ölkədə qeyri-neft sektorunun ixrac potensialını yüksəltməyi şərtləndirib. Ölkənin valyuta ehtiyatları artıb. Respublikamızda bütün sahələrdə yüksək inkişafın təmin edilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Azərbaycanın iqtisadi inkişafının təməlində düşünülmüş, məntiqi siyasət, güclü iradə dayanır. Azərbaycan güclü iqtisadiyyat qura bilmiş və heç kimdən asılı deyil. Ölkəmizdə siyasi sabitlik, vətəndaş həmrəyliyinin təmin edilməsi mühüm amillərdən biri kimi qeyd edilməlidir. 2018-ci ili ölkəmiz üçün islahatlar ili də adlandırmaq olar. İqtisadi, elm, təhsil və digər sahələrdə yeniliklər bu inkişafa böyük töhfələr verib.

2018-ci ildə Vergi Məcəlləsində edilmiş dəyişikliklər
2019-cu ildə iqtisadi həyata müsbət təsir edəcək

Ekspert ölkəmizdə ən böyük islahatlardan birinin vergi sahəsində həyata keçirildiyini bildirib: "Azərbaycanda aparılan iqtisadi inkişafın tələblərinə, güclü islahatlara uyğun olaraq vergi sahəsində böyük dəyişikliklər nəzərdə tutulur. 2018-ci ildə Vergi Məcəlləsində edilmiş dəyişikliklər 2019-cu ildə iqtisadi həyata müsbət təsir edəcək. Bununla vergilər sistemində fəlsəfə dəyişikliyinə yol açılıb. Vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi təmin olunub".

Vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən
vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi təmin olunub

Zahid Məmmədov vurğulayıb ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar uğurla davam edir. "İslahatların aparılması üçün güclü siyasi iradə lazımdır. Fransa Prezidenti Emmanuel Makron fransızların həyat səviyyəsini daha da yaxşılaşdırmaq üçün iqtisadi islahatlara start verdikdə bu, ölkədə "sarı jiletlərin" etirazı ilə qarşılandı. Fransa kimi inkişaf etmiş ölkədə bu ölkənin sinifləri arasında olan kəskin problemlər münaqişəyə yol açıb. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasəti isə vətəndaşlarımız dəstəkləyir, cəmiyyət tərəfindən müsbət qarşılanır. Ölkəmizdə aparılan iqtisadi islahatlarda vətəndaş həmrəyliyi xüsusi qeyd olunmalıdır", - deyə Z.Məmmədov əlavə edib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?