25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyə şirkəti ilə yaşıl enerji sahəsində əməkdaşlığa dair razılıq əldə olunub

Türkiyə şirkəti ilə yaşıl enerji sahəsində əməkdaşlığa dair razılıq əldə olunub

Energetika nazirinin müavini Samir Vəliyevlə Türkiyənin külək enerji sənayesində fəaliyyət göstərən “Ataseven Group” şirkətinin sədri Mustafa Atasevenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Energetika Nazirliyinin məlumatına görə, görüşdə şirkətin Türkiyədə külək elektrik stansiyalarının qurulması ilə yanaşı, turbin avadanlıqlarının istehsalı və onların, eləcə də istehsal olunan enerjinin ixracı sahəsində fəaliyyəti barədə məlumat verilib. Azərbaycanla bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycanda həyata keçirilən yaşıl enerji, o cümlədən, külək enerjisi layihələrindən bəhs edilib. Qeyd edilib ki, bərpaolunan enerji avadanlıqlarının yerli istehsalı və yaşıl enerjinin ixracı Azərbaycanın yaxın gələcək üçün gündəliyində yer alan məsələlərdəndir.

Söhbət zamanı vurğulanan istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə müzakirələrin davam etdirilməsi və şirkətlə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə olunub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?