9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstan ticarət nazirinin müavini: “Türk brendinin yaradılması vacibdir”

Azərbaycan və Qazaxıstanın artan ticari əlaqələrini nəzər alsaq, iki ölkə arasında françayzinqin uğurlu modellerinin tətbiqi çox vacibdir.

Bu barədə Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, françayzinq institutu orta sahibkarlara, biznes qurumlarına öz dəstəyini göstərəcək.

“Qazaxıstanda KOB-lar inkişaf edir və biz çalışırıq ki, françayzinqin uğurlu modelindən istifadə edərək bu sahənin inkişafına dəstək göstərək, ABŞ bazarında da aktiv formada təmsil olunaq. Françayzinqdən istifadə, həmçinin xərclərin qənaət olunmasına təsir göstərə bilər. Biz Qazaxıstanda və türk dövlətlərində françayzinqin uğurlu modellərini təşviq etmək istəyirik. Bir türk brendinin yaradılması vacib nüanslardan biridir. Bu brendi Avropa, Afrika və digər qitələrdə təmsil edərək bu ölkələrin bazarlarına girə bilərik. Biz artıq rəqəmsal həlləri franzçayzinqin inkişafında da tətbiq etməliyik" - deyə A.Bicanova qeyd edib.

AZƏRTAC

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?