24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib

Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində “İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın yeni üfüqləri” mövzusunda Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib.

Agentlikdən verilən məlumata görə, tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Qazaxıstan investisiya tərəfdaşlığı, Qazaxıstan biznesinin ölkəmizdəki fəaliyyəti, eləcə də yeni əməkdaşlıq imkanları, o cümlədən ölkəmizin xüsusi iqtisadi zonaları barədə məlumat verib. Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov iki ölkə arasında iqtisadi əlaqələrin yeni səviyyəyə yüksəldiyini və şuranın fəaliyyətinin biznes dairələrinin bu prosesdə fəal iştirakına güclü dəstək verdiyini bildirib.

Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, sahibkarlara göstərilən dəstək və İşgüzar Şuranın biznes subyektləri arasında əlaqələrin inkişafında rolunu qeyd edib. İşgüzar Şuranın Azərbaycan tərəfindən həmsədri Emin Sadiq və Qazaxıstan tərəfindən həmsədri Dauren Bimov isə şuranın ötən iclasından sonra əldə edilmiş nəticələr və gələcək fəaliyyət istiqamətləri barədə danışıblar.

Qeyd edək ki, tədbirin sonunda iclasın nəticələri ümumiləşdirilib və hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən 14 şirkət Qazaxıstan və Azərbaycan arasında işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunub.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?