25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın tibb sahəsinə dair paralel sessiya keçirilib

Azərbaycanın tibb sahəsinə dair paralel sessiya keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sea Breeze Health Valley: Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı” mövzusunda paralel sessiya keçirilib.

McK Partners şirkətinin tərəfdaşı Monish Aroranın moderatorluğu ilə keçirilən panel sessiyasında çıxış edən səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Nazir bildirib ki, son illərdə icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin modernləşdirilməsi, rəqəmsal texnologiyaların səhiyyə sisteminə inteqrasiyası və insan kapitalına yönəlik islahatlar əhalinin sağlamlıq xidmətlərinə əlçatanlığını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb.

Müzakirələrdə Sea Breeze Health Valley layihəsinin Azərbaycanın səhiyyə sisteminin gücləndirilməsi, sosial xidmətlərin və infrastrukturun inkişafı istiqamətində rolu diqqət mərkəzində olub. Çıxışlarda Azərbaycanın regional tibbi xidmətlər, əczaçılıq və biotexnologiya istehsalı, rəqəmsal səhiyyə həlləri üzrə mərkəzə çevrilməsi imkanları vurğulanıb.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Dövlət Turizm Agentliyinin baş icraçı direktoru Florian Sengstschmid, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Zaur Əliyev, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) direktoru Vüqar Qurbanov, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktoru Yasin Cəlilov, Sea Breeze Health Valley layihəsinin rəhbəri Konstantin Qrinfeld, Sinqapurun Don Agro International şirkətinin baş icraçı direktoru Marat Devlet-Kildeyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ,Almaniyanın Sana Hospital Group şirkətinin direktoru Sven Heininger, Caspimayr şirkətinin təsisçisi Həcər Cəfərova çıxışlarında dövlət strukturlarının, investorların və layihə rəhbərliyinin birgə əməkdaşlığı sayəsində beynəlxalq standartlara cavab verən tibbi klasterin yaradılması imkanlarına dair fikirlərini səsləndiriblər. Bildirilib ki, Sea Breeze Health Valley layihəsi ölkəmizin səhiyyə sisteminin modernləşdirilməsi, rəqəmsal tibbi xidmətlərin tətbiqi, əczaçılıq və biotexnologiya sahələrinin inkişafı baxımından mühüm addımdır.

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən paralel sessiyada SOCAR-la Italiana Petroli S.p.A və MIP S.p.A arasında səhm alqı-satqısı Sazişi imzalanıb. Saziş SOCAR prezidenti Rövşən Nəcəf və Italiana Petroli S.p.A şirkətinin sədri Uqo Braketti Peretti tərəfindən imzalanıb. Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR ilə "Italiana Petroli S.p.A." və "MIP S.p.A." arasında səhm alqı-satqısı Sazişinin imzalanma mərasimində iştirak etdik. Saziş Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun möhkəmlənməsinə, Avropa bazarına birbaşa çıxış imkanlarının artmasına, dəyər zəncirinin genişlənməsinə və logistika üstünlüklərinin güclənməsinə mühüm töhfələr verəcək.

Sessiya çərçivəsində Yüksək Dəmir Tərkibli İsti Briket Dəmir İstehsalı üçün Birgə Müəssisənin Təsis Edilməsi haqqında Saziş imzalanıb. Sazişi “Daşkəsən Dəmir Filizi” MMC-nin baş direktoru Ceyhun Əliyev və “Fonte GreenMet Investments Fund OEIC Limited”in baş icraçı direktoru Yerzhan Mussin imzalayıblar. Bu təşəbbüs ölkəmizin metallurgiya sahəsində tam inteqrasiya olunmuş dəyər zəncirinin formalaşmasına, ixrac potensialının artmasına və yüksək əlavə dəyərli məhsulların istehsalına mühüm töhfə verəcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?