24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ şirkət nümayəndələri ilə görüş keçirilib

ABŞ şirkət nümayəndələri ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb.

Görüşdə cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, habelə Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələrin və imzalanmış sənədlərin Azərbaycan-ABŞ əlaqələri üçün yeni perspektivlər açdığı, Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişi təmin edəcək layihənin strateji əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin Orta Dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmi vurğulanıb. Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyi, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüslər və infrastruktur layihələri qeyd olunub. Bu istiqamətdə Mərkəzi Asiya ölkələri ilə strateji əlaqələrin möhkəmləndirildiyi bildirilib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə reallaşdırılan layihələrin strateji əhəmiyyətindən bəhs edilib.

Görüşdə ABŞ-nin özəl sektor nümayəndələrinin ölkəmizdə ticarət, enerji, infrastruktur və logistika imkanları ilə tanış olması, müvafiq sahələrdə əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi və yeni əlaqələrin qurulması məsələləri müzakirə olunub. ABŞ şirkətləri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib.

-----

11:20

“ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşdə Azərbaycan - ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin Dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmini vurğuladıq.

Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyini, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüsləri və infrastruktur layihələrini diqqətə çatdırdıq. ABŞ şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?