15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Macarıstan Enerji İşçi Qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun onlayn formatda 5-ci iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək Azərbaycan ilə Macarıstan arasında enerji sahəsində əməkdaşlıq münasibətlərinin inkişafında İşçi Qrupunun uğurlu fəaliyyətini qeyd edib. Qarşılıqlı müzakirələr, uzunmüddətli səmərəli əməkdaşlıq sayəsində ölkələrimiz arasında enerji tərəfdaşlığının daha da güclənərək strateji xarakter aldığı vurğulanıb. Azərbaycan və Macarıstan arasında neft-qaz sektoru üzrə əməkdaşlığın qarşılıqlı faydalı tərəfdaşlığa çevrildiyi bildirilib və hər iki ölkənin enerji şirkətləri arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib. Macarıstan tərəfinin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında, Bakı Enerji Həftəsində iştirakı, xüsusilə COP29 tədbiri çərçivəsində ölkəmizin irəli sürdüyü enerji təşəbbüslərinə verdiyi dəstək yüksək qiymətləndirilib. Çıxışda, həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin əhəmiyyətindən bəhs edilib.

Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri İzabella Feierabend isə çıxış edərək iki ölkə arasında enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə uğurlu inkişaf etdiyini bildirib. Neft-qaz sahəsində həyata keçirilən birgə layihələr və infrastruktur imkanları ilə bağlı fikirlərini bölüşüb, yaşıl enerji və enerji tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılmasının və enerji səmərəliliyi sahəsində əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.

İclasda İşçi Qrupun 4-cü iclasından ötən dövr ərzində görülmüş işlərə dair məlumat verilib, neft və qaz, bərpa olunan enerji, enerji tənzimlənməsi və enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq, həyata keçirilən layihələrə dair təqdimatlar dinlənilib.

Sonda Enerji üzrə İşçi Qrupun 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?