24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hərracda 23 nəqliyyat vasitəsi satılıb

Hərracda 23 nəqliyyat vasitəsi satılıb

Sentyabrın 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 23 nəqliyyat vasitəsi satılıb. Hərraclara çıxarılan 24 əmlaka ümumilikdə 122 sifariş qəbul edilib. Bunlardan 52-si onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 10.200 manat olan “Mitsubishi L200” markalı avtomobil 15.000 manata, 11.000 manat olan “Mitsubishi L200” markalı avtomobil 14.720 manata, 5.200 manat olan “Hyundai Sonata” isə 7.000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 4, 9, 16, 23 və 30 sentyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?