25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən ay 200-dən çox sahibkarın iştirakı ilə görüşlər keçirilib

Ötən ay 200-dən çox sahibkarın iştirakı ilə görüşlər keçirilib

Avqust ayı ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə aqroturizmdən ISO standartlarına, sənayedən rəqəmsal biznesə qədər müxtəlif istiqamətlərdə sahibkarlarla görüşlər keçirilib.

Agentliyin məlumatına görə, qadın sahibkarlığı, gənclərin biznes fəaliyyətinə təşviqi, bağçılıq, heyvandarlıq, pambıqçılıq və idxal-ixrac əməliyyatları da biznes subyektləri ilə müzakirə edilən mövzular sırasındadır.

Görüşlər həm onlayn, həm də oflayn formatlarda Bakı, Sumqayıt, Naxçıvan şəhərlərində, Biləsuvar, Masallı, Qəbələ, Ağcabədi, Ağstafa, Xaçmaz və İsmayıllı rayonlarında təşkil edilib.

Görüşlərdə sahibkarların müraciət və təklifləri dinlənilib, dövlət dəstəyi alətləri barədə məlumat verilib, çətinliklərinin həlli aidiyyəti qurumlarla birgə müzakirə edilib. Həmçinin, sahibkarlıq sahəsində yeniliklər və qanunvericiliyin tələbləri biznes subyektlərinin diqqətinə çatdırılıb.

Ümumilikdə görüşlərdə 200-dən çox sahibkar iştirak edib. Sentyabr ayında keçiriləcək görüşlərlə bağlı məlumatı sahibkarlar KOBİA-nın saytından öyrənə bilərlər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?