15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Abşeron-Xızı və Şəki-Zaqatala iqtisadi rayonları kreditləşmənin artım tempinə görə liderdir

2025-ci ilin avqustun 1-nə Azərbaycanın regionlarında (Bakı iqtisadi rayonu istisna olmaqla) bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 6 milyard 755 milyon 296 min manat təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövrünün göstəricisindən 15,98 faiz çoxdur.

Mərkəzi Bankın məlumatına görə, regionlar arasında kreditləşmənin ən yüksək artım tempi Abşeron-Xızı (+25,75 faiz) və Şəki-Zaqatala (+17,70 faiz) iqtisadi rayonlarında qeydə alınıb.

Azərbaycanın iqtisadi rayonları üzrə kreditləşmə:

Naxçıvan – 467,443 milyon manat (+ 13,69 faiz)
Abşeron-Xızı – 1,15 milyard manat (+ 25,75 faiz)
Dağlıq Şirvan –197,759 milyon manat (+14,47 faiz)
Gəncə-Daşkəsən – 849,575 milyon manat (+13,61 faiz)
Qarabağ – 509,531 milyon manat (+ 11.64 faiz)
Qazax-Tovuz – 539,060 milyon manat (+ 12.49 faiz)
Quba-Xaçmaz – 487,658 milyon manat (+ 15,39 faiz)
Lənkəran-Astara – 671,652 milyon manat (+15,49 faiz)
Mərkəzi Aran – 580,224 milyon manat (+ 11,36 faiz)
Mil-Muğan – 312,547 milyon manat (+13,73 faiz)
Şəki-Zaqatala – 521,022 milyon manat (+17,70 faiz)
Şirvan-Salyan – 453,858 milyon manat (+ 13,97 faiz)
Şərqi Zəngəzur – 12,933 milyon manat (2024-cü ildə kredit verilməyib)

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?