11 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri”, o cümlədən AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri” yeni dövlət standartları qəbul edilib.

Dövlət Agentliyinin məlumatına əsasən, bu standartlar mobil və stasionar şəbəkələrdə avadanlıqların enerji istehlak göstəricilərinin müəyyən olunması, müqayisəsi, optimallaşdırılması üçün texniki əsas və ötürmə xətlərinin parametrlərini təmin edir. Beləliklə, sözügedən dövlət standartlarının tətbiqi rabitə operatorlarına enerji istehlakını səmərəli idarə etmək, istismar xərclərini azaltmaq, ətraf mühitə mənfi təsirləri minimuma endirmək imkanı yaradacaq.
Yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” sahələrinin standartlaşdırılması üzrə (AZSTAND/TK 05) Texniki Komitə tərəfindən konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd: AZS ITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri” və AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri” yeni dövlət standartları Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tövsiyələri əsasında hazırlanıb.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?