28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Uqanda arasında energetika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Energetika nazirinin müavini Kamal Abbasov ölkəmizdə səfərdə olan Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimba ilə görüşüb.

Energetika Nazirliyinin məlumatına əsasən, görüşdə iki ölkə arasında münasibətlərin digər sahələrlə yanaşı energetika sahəsində də inkişafı imkanları müzakirə edilib, ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində qarşılıqlı dəstək və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə neft-qaz, elektrik enerjisi, bərpa olunan enerji, enerji səmərəliliyi istiqamətlərində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib. Eyni zamanda Uqandanın neft-qaz sektoru, mədən sənayesi, hidroenerji potensialından bəhs olunub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?