24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşədüzəltmə büroları ilə bağlı yeni tələblər qüvvəyə minib

İşədüzəltmə büroları ilə bağlı yeni tələblər qüvvəyə minib

Nazirlər Kabineti "İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər"i təsdiq edib.

Qaydalara görə, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestri "Məşğulluq haqqında" Qanunun 14.2-ci maddəsində nəzərdə tutulan işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində məlumatların məcmusudur.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblərə əsasən, onlar:

  • Reyestrdə qeydiyyatdan keçməlidir;

  • iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır;

  • işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı müvafiq qurumla elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir;

  • Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.

Qaydalara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edərək işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxsin vergilər, faizlər və maliyyə sanksiyaları, hüquqi şəxsin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumatları əldə edə bilər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?