Azərbaycanın kimya sənayesi 10,7% artıb
2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanın kimya sənayesində istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 955,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, kimya sektorunun əsas istiqamətləri arasında: polietilen istehsalı 9,2% artaraq 91 min ton, lak-boya məmulatları istehsalı 6,5% artaraq 21,9 min ton, karbamid istehsalı isə 1,9% artaraq 370,8 min tona çatıb.
Əsas istiqamətlər üzrə dinamika belə olub:
- təsirsiz qazlar — 26,5 milyon kub m (+5,1%);
azot — 14,2 milyon kub m (+8,5%);
- lak-boya məmulatları — 21,9 min ton (+6,5%);
- qeyri-üzvi kimyəvi maddələr — 13,5 min ton (–3,4%);
yod — 112,3 ton (–1,7%);
- üzvi kimyəvi maddələr — 528,8 min ton (–3,4%);
etilen — 94,4 min ton (+8,1%);
propilen — 85 min ton (+0,2%);
metanol (metil spirti) — 272,6 min ton (–0,9%);
- etil spirti — 59,3 min dekalitr (–1,4%);
- gübrə və azot birləşmələri — 371 min ton (+1,9%);
karbamid — 370,8 min ton (+1,9%);
- ilkin formada plastik kütlə — 180,2 min ton (+7,3%);
- polietilen — 91 min ton (+9,2%);
yapışqan və birləşdirici maddələr — 97,3 min ton (+61,9%).
