25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR və CIMA arasında anlaşma memorandumu imzalanıb

SOCAR ilə İdarəetmə Mühasibləri üzrə Peşəkar Sertifikatlaşdırma Təşkilatı (CIMA – The Chartered Institute of Management Accountants) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sirkətin məlumatına görə, memorandum CIMA-nın Londonda yerləşən Baş ofisində SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov və CIMA-nın icraçı direktoru Endryu Hardinq tərəfindən imzalanıb.

Sənəd maliyyə və idarəetmə sahələrində bilik və bacarıqların inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğun korporativ idarəetmə və mühasibatlıq praktikasının təşviq olunması, eləcə də SOCAR-ın maliyyə funksiyalarının daha da gücləndirilməsi məqsədi daşıyır.

Layihə çərçivəsində gələcəkdə birgə təlim proqramlarının təşkili, sertifikatlaşdırma təşəbbüsləri və müvafiq sahələr üzrə təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, dünyada idarəetmə mühasibatlığı üzrə aparıcı peşəkar təşkilatlardan biri olan CIMA 1919-cü ildə Böyük Britaniyada təsis edilib. Hazırda dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən CIMA maliyyə rəhbərləri və menecerləri üçün yüksəksəviyyəli təlim və sertifikatlaşdırma xidmətləri təqdim edir. CIMA, həmçinin Amerikanın Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA - The American Institute of Certified Public Accountants) ilə birlikdə beynəlxalq səviyyədə tanınan “Sertifikatlaşdırılmış Qlobal İdarəetmə Mühasibi” (CGMA - Chartered Global Management Accountant) sertifikatının da təsisçisidir.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?