28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov avqustun 8-də Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov ilə görüşüb.

Nazirlər Kabinetinin məlumatına görə, görüşdə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin və sıx təmaslarının dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında və ardıcıl şəkildə inkişaf etməsində ən mühüm amil olduğu vurğulanıb.

İki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüş zamanı, həmçinin Baş nazirin müavini S.Şərifovun həmsədri olduğu Azərbaycan-Qırğızıstan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının növbəti iclasının cari ilin sonlarında Bakı şəhərində keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?