11 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti hərracda 1 müəssisə və 12 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 1 müəssisə və 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət Xidmətinin məlumatına görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən müəssisə - əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz kəndində yerləşir. Sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetr olan əmlak 1 milyon manata satılıb.

Hərracda satılan dövlət əmlakının siyahısı ilə https://shorturl.at/NyeTm linki vasitəsilə tanış olmaq olar.

Bu ay ərzində növbəti hərraclar 12 və 19 avqust tarixlərində keçiriləcək.

Hərraca çıxarılan əmlak siyahısı ilə https://shorturl.at/coCpP linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyən şəxslər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet səhifələri vasitəsilə hərraca çıxarılan əmlak üzrə seçim edə bilərlər.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?