25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hacıqabul Sənaye Parkında məhsul istehsalı 55 faizdən çox artıb

Hacıqabul Sənaye Parkında məhsul istehsalı 55 faizdən çox artıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkında investisiya həcmi 186 milyon manatdan çox olan 13 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Agentliyin məlumatına görə, sahibkarlar tərəfindən Sənaye Parkına 64 milyon manat investisiya yatırılıb, 576 nəfərlik daimi iş yeri yaradılıb.

Hacıqabul Sənaye Parkı ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması ilə yanaşı, qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında əhəmiyyətli rol oynayır. Belə ki, Sənaye Parkında indiyədək sahibkarlar tərəfindən 345,6 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 5,4 milyon manatlıq hissəsi ixracın payına düşür.

Həmçinin, cari ilin I yarısında Sənaye Parkında 65,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 55 faiz çoxdur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?