Şimal Şərqi Asiya regionundan Azərbaycana səfər edənlərin sayı açıqlanıb
Bu ilin yanvar-iyun aylarında Şimal Şərqi Asiya regionundan Azərbaycana 37 minə yaxın vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin iyun ayında qeyd edilən regiondan ölkəyə 10,9 minə yaxın şəxs gəlib. Bu, 2024-cü ilin iyun ayına nisbətdə 48 faiz, cari ilin may ayına nisbətdə isə 8,4 faiz çoxdur.
İyun ayında Azərbaycana gələn turistlərin sayına görə Şimal Şərqi Asiya ölkələrinin sıaralaması belədir:
Çin – 7275,
Cənubi Koreya – 3039,
Yaponiya – 544,
Monqolustan – 35.
