24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Nazir: "Azərbaycanın Suriyaya nəql edəcəyi qazın potensial həcmi 6 mln. kubmetrdir"

Nazir: "Azərbaycanın Suriyaya nəql edəcəyi qazın potensial həcmi 6 mln. kubmetrdir"

Azərbaycan qazını Suriyaya nəql edən boruların günlük potensialı 6 milyon kubmetrdir. Sadəcə, ilkin mərhələdə 3,4 milyon kubmetr qazın nəqli nəzərdə tutulur.

Bunu Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya nəqlinə dair keçirilən mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanlı qardaşlarımıza bu dəstəyə görə təşəkkür edirəm. Təbii ki, bu razılaşma hər iki ölkə başçısının sonuncu görüşündən sonra baş tutub. Bu, birbaşa Suriya xalqının rifahına və elektrik enerjisi ilə davamlı təminatına xidmət göstərəcək. Bu layihə sonuncu deyil, ilk layihədir. Bundan sonra da bizim birgə layihələrimiz olacaq. Azərbaycanın iqtisadiyyat naziri, qardaşım Mikayıl Cabbarov ilə də bir az öncə görüləcək işlərlə bağlı müzakirələr apardıq. Texniki qrupların qarşılıqlı şəkildə səfərləri təşkil olunacaq. Azərbaycanın Suriyada investisiya ilə bağlı proqram və layihələrini müzakirə etdik”, - deyə Suriyanın energetika naziri diqqətə çatdırıb.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?