24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR-ın bu ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb

SOCAR-ın bu ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb

Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 18 min metr qazma işləri həyata keçirilib.

SOCAR-ın məlumatına görə, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,8 milyon ton neft, 2 milyard kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,4 faiz artaraq, 12,7 milyard kubmetr təşkil edib. Ümumilikdə cari ilin ikinci rübündə Azərbaycanda 6,8 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artaraq təxminən 4,2 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,2 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakında 6 faiz artım qeydə alınıb.

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?