15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi artım və dayanıqlı məskunlaşmaya dair alt işçi qrupların ilk iclası keçirilib YENİLƏNİB

İqtisadiyyat Nazirliyində “İqtisadi artım” və “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası” üzrə alt işçi qrupların ilk iclası keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi və əlaqədar dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

İqtisadiyyat naziri, alt işçi qrupların rəhbəri Mikayıl Cabbarov iclasda Milli Prioritetlərə əsasən həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası barədə məlumat verib.

Qeyd olunub ki, 2024-cü ilin sonuna strategiya üzrə nəzərdə tutulan tədbirlərin icra səviyyəsi 78%-ə çatıb. Strategiyanın icrası nəticəsində 2022-2024-cü illərdə qeyri-neft-qaz sektoru üzrə ÜDM hər il orta hesabla 6,6%, ümumilikdə isə 1,2 dəfə artıb. Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2021-ci ildə 61,6% olduğu halda, 2024-cü ildə 67,8%-ə yüksəlib.

2024-cü il üzrə Böyük Qayıdışa dair I Dövlət Proqramının icra səviyyəsi isə 74%-dir. Ümumilikdə işğaldan azad olunmuş ərazilərin bərpası və quruculuğu işlərinə 21 milyard manatdan artıq vəsait ayrılıb. Azad edilmiş ərazilərdə 55 müəssisənin olduğu iki sənaye parkı yaradılıb. Biznes üçün güzəşt və azadolmalar tətbiq edilir. Bölgədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların ixracına başlanılıb.

Tədbirdə 2027-2030-cu illər üzrə hazırlanacaq sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan prioritetlər, Böyük Qayıdışa dair II Dövlət Proqramı üzrə əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib. İqtisadi şaxələndirmə, investisiyaların fəal təşviqi, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərdə biznesin fəallığının artırılması, ixracyönümlü artım modelinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərin hazırlanmasının əhəmiyyəti qeyd edilib.

Alt işçi qrupların fəaliyyəti ilə bağlı təqdimatlar olub, müzakirələr aparılıb.

“İqtisadi artım” üzrə alt işçi qrup yeni strategiyanın “Davamlı və yüksək iqtisadi artım”, “Paytaxt və regionların tarazlı inkişafı” məqsədləri, “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası” üzrə alt işçi qrup isə işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üzrə sənədin hazırlanmasını təmin edəcək.

-----

17:29

"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın layihələrinin hazırlanması məqsədilə yaradılmış "İqtisadi artım" və "Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası" üzrə alt işçi qruplarının ilk iclaslarını keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

“Həmkarlarla birlikdə ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri çərçivəsində müəyyənləşdirilmiş hədəfləri və fəaliyyət planlarını vurğuladıq. İqtisadiyyatın şaxələndirilməsi, investisiyaların fəal təşviqi, sahibkarlara dəstək, işğaldan azad edilmiş ərazilərdə biznes aktivliyinin artırılması, özəl sektorun inkişafı, ixracyönümlü artım modelinin və biznes mühitinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərin hazırlanmasının əhəmiyyətini qeyd etdik”,- nazir əlavə edib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?