2025-2026-cı illərdə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır
Baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
Mərkəzi Bankın məlumatına görə, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz olacağı gözlənilir.
Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır.
