26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara 150 təsdiqedici sənəd verilib

Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyul tarixinədək 150 təsdiqedici sənəd verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, bu sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8,5 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb.

Hazırda Ağdam Sənaye Parkında 10 müəssisə fəaliyyət göstərir, 7 müəssisənin tikintisi davam edir, 16 müəssisənin isə layihələndirilməsi işləri görülür. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib.

Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 471 milyon manatdan çox məhsul satışı edilib ki, bunun da 17,7 milyon manatlıq hissəsi ixrac olunub. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi ilə Gürcüstan, Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistan, Qazaxıstan və s. ölkələrə ixrac edilir.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?