27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-iyun aylarında Avropaya 6,1 milyard kubmetr təbii qaz ixrac edilib

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Energetika Nazirliyinin məlumatına görə, bu dövrdə xaricə qaz satışı 12,1 milyard kubmetr təşkil edib. Bundan 6,1 milyard kubmetr Avropaya, 4,9 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 2,9 milyard kubmetr), 1,1 milyard kubmetr Gürcüstana satılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək 660,1 milyon tona yaxın neft (kondensatla birlikdə), 487,1 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 609,5 milyon ton neft, 236,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 50,6 milyon tona yaxın kondensat, 250,6 milyard kubmetr qaz çıxarılıb.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?