6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası" təsdiqlənib

Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlakın açıq hərraclarda satılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən satıcıya müraciət edilir və müqavilə bağlanılır.

Hərraca çıxarılan əmlakın qiymətləndirilməsi satıcı tərəfindən təşkil edilir və "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna müvafiq olaraq həyata keçirilir. İlkin satış qiyməti elan olunduqdan sonra iştirakçılar öz biletlərini qaldırmaqla, elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər. İlkin satış qiyməti iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) üçüncü hərracda həmin əmlakın satış qiyməti ilkin satış qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin satış qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin satış qiymətinin 50 faizi həcmində aşağı salınır.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?