16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
900-dən çox KOB subyekti və potensial sahibkar dövlət dəstəyi ilə biznes üzrə bilik və bacarıqlarını inkişaf etdirib

900-dən çox KOB subyekti və potensial sahibkar dövlət dəstəyi ilə biznes üzrə bilik və bacarıqlarını inkişaf etdirib

KOB-lar və biznesə başlamaq istəyən potensial sahibkarlara müvafiq sahədə bilik və bacarıqlara yiyələnməsi, mövcud biliklərinin artırılması və təkmilləşdirilməsi, peşəkar məsləhət xidmətinin göstərilməsi istiqamətində dövlət dəstəyi tədbirləri davam etdirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında bu məqsədlə Agentlik tərəfindən 70-ə yaxın ödənişsiz təlim təşkil olunub. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, yaşıl iqtisadiyyat və digər mövzuları əhatə edib. Təlimlərdə ümumilikdə Bakı və ölkə regionlarından olmaqla 470-ə yaxın biznes subyekti və potensial sahibkar iştirak edib. Daha çox KOB subyektinin ödənişsiz təlimlərdən yararlanması üçün bəziləri onlayn formatda təşkil olunub.

Eyni zamanda KOBİA-nın yaratdığı video təlim platformasındakı onlayn təlim videolarından 301 nəfər ödənişsiz faydalanıb.

Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı KOBİA tərəfindən cari ilin I yarısında 140 sahibkara və biznesə başlamaq istəyən şəxsə peşəkar məsləhət xidməti göstərilib.

Agentliyin dəstəyi ilə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə biznesin qurulması və genişləndirilməsi məqsədilə ödənişsiz olaraq 128 biznes plan hazırlanıb.

Ümumilikdə, 2025-ci ilin birinci yarısında KOB subyektlərinin biznes üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq sahəsində lazımi informasiya ilə təmin olunması üçün KOBİA-nın təlim, məsləhət xidməti, biznes planın hazırlanması, video təlim platforması kimi dəstək alətlərindən 900-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?