17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici investorlar hərracda necə iştirak edə bilərlər?

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda ölkə vətəndaşları ilə yanaşı, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici ölkələrin hüquqi şəxsləri də iştirak edə bilərlər. Bunun üçün, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi ilə əmlakın ilkin satış qiymətinin dəyərinə uyğun beh ödəyərək, sifariş verib təşkil ediləcək hərraclarda iştirak edə bilərlər.

Xarici hüquqi şəxslər, daimi və ya müvəqqəti yaşamaq üçün icazəsi olmayan əcnəbilər və ya vətəndaşlığı olmayanlar tələb olunan sənədləri (hüquqi şəxslər nizamnaməsini və qeydiyyata alınma sənədlərini, müəssisə adından etibarnamə, digərləri pasport və s.) Azərbaycan Respublikasının həmin ölkədəki səfirlik və konsulluqlarında tərcümə etdirərək, apostil ilə təsdiqlətdikdən sonra əmlakın ilkin satış qiymətinin dəyərinə uyğun beh ödəyərək, sifariş verməklə hərraclarda iştirak etmək imkanı əldə edə bilərlər.

Sifarişlər yalnız Əmlak Xidmət Məkanında və ya müvafiq ərazi hərrac komissiyalarında qəbul edilir.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından (www.emlak.gov.az) və Hərracların Təşkili Mərkəzinin rəsmi saytından (auksion.gov.az) hərraca çıxarılan əmlaklar üzrə seçim etmək mümkündür.
Qeyd edək ki, xarici investorlar Azərbaycanda əmlakın özəlləşdirilməsində (torpaq sahələri istisna olmaqla) qanunvericilikdə nəzərdə tutulmuş qaydada alıcı kimi iştirak edə bilərlər. Belə ki, Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrindən yalnız icarə hüququ əsasında istifadə edə bilərlər.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?