28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi layihəsi üzrə Birgə Müəssisə yaradılıb

Energetika Nazirliyində “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC arasında “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması və nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçirilib.

Energetika Nazirliyinin məlumatına görə, nazir müavini Elnur Soltanov COP29 tədbiri çərçivəsində dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin müvafiq layihə üzrə üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramının əhəmiyyətindən bəhs edib. “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC tərəfindən Bakıda fəaliyyət göstərəcək Birgə Müəssisə - “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradıldığı qeyd olunub. Bildirilib ki, layihənin icrası enerji təhlükəsizliyinin təmin edilməsində, ölkələrimiz üçün davamlı inkişaf məqsədlərinə və yaşıl enerji gündəliyinə nail olunmasında mühüm rol oynayacaq. İclas zamanı Birgə Müəssisənin fəaliyyətinə dair müzakirələr aparılıb.

Sonra “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması ilə bağlı sənədin imzalanma mərasimi keçirilib.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?