Yanvar-may aylarında sığorta bazarı 12 faizədək böyüyüb
Bu ilin yanvar-may ayları ərzində ölkənin sığorta bazarı üzrə 719,353 milyon manat sığorta haqları yığılıb ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 11,7 faiz üstələyir.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği ötən ilin ilk 5 ayına nisbətdə 14,8 faiz artaraq 314,788 milyon manat təşkil edib.
