Buğdanın əkin sahəsi 4 dəfəyədək artırılıb
Bu ilin yanvar-may aylarında ölkə üzrə 3736,4 hektar sahədə buğda əkilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 3,9 dəfə üstələyir.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, qeyd edilən dövrdə vələmirin əkin sahəsi 26,1 faiz artırılaraq 6 691,1 hektara, qarğıdalının əkin sahəsi isə 23,6 faiz artırılaraq 37 380,8 hektara çatdırılıb.
Ümumilikdə cari ilin yanvar-may aylarında qarğıdalı istisna olmaqla 35 686,0 hektarda dənli və dənli paxlalı bitkilər əkilib ki, bu da ötən ilin ilk beş ayının göstəricisindən 7,7 faiz çoxdur.
