11 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Belarusla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda yüngül sənaye mallarının istehsalı və satışı sahəsində mövcud olan imkanlar barədə qonaqlara məlumat verərək, ölkələrimiz arasında ticarət, sənaye və investisiya əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Ölkəmizin əlverişli biznes mühiti, sənaye zonaları, tranzit və nəqliyyat-logistika imkanları, işğaldan azad edilmiş ərazilərdə investorlara tətbiq edilən güzəştlər, sahibkarlığın inkişafına göstərilən dəstək mexanizmləri qonaqların diqqətinə çatdırılıb.

"Belleqprom" Belarus Dövlət Konserninin sədri Tatyana Luqina birgə istehsal sahələrinin yaradılması, texnoloji həllərin inteqrasiyası üzrə tərəfdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Belarusun yüngül sənaye sektoru, konsernin istehsal və ixrac potensialı barədə məlumat verilib. Yüngül sənaye sahəsinin daxili bazarın təminatı, məşğulluq və regional inkişaf baxımından əhəmiyyəti, təkrar emal texnologiyalarının tətbiqi və innovativ məhsul istehsalı sahəsində təşəbbüslər qeyd edilib.

Görüşdə iştirak edən müəssisə rəhbərləri yüngül sənaye, xüsusilə tekstil sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, sənaye parklarında işbirliyi, təcrübə mübadiləsi, kadr hazırlığı sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edib, təkliflərini səsləndiriblər.

Azərbaycan və Belarus şirkətləri arasında əlaqələrin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?