13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahib Ələkbərov: “İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb”

Sahibkarlığın inkişafı iqtisadiyyatın böyüməsi, işgüzar aktivliyin, biznesin çevikliyinin artması deməkdir. 2025-ci ilin ötən dövrü ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlarımız tərəfindən 50 milyard manatdan çox ümumi daxili məhsul istehsal edilib.

Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə deyib.

O vurğulayıb ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb.

“Bu sərgidə əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi və neft-qaz amilindən asılılığın mümkün qədər azaldılmasıdır. Bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 min vahiddən çox artıb və 2025-ci il iyun ayının 1-nə 1 milyon 867 mini ötüb. Cari il yanvar-may aylarında dövlət büdcəsinə 7,8 milyard manata yaxın vergi daxil olub ki, bu da ötən illə müqayisədə 4,6 faiz artım deməkdir. Ödənilən vergilərin 72,9 faizi qeyri-neft-qaz sektorunun payına düşür”, - deyə o qeyd edib.

AZƏRTAC

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?