13 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Quandonq Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, maliyyə, tikinti, ticarət və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkət təmsil olunub.

Konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin genişləndiyini vurğulayıb. Qeyd olunub ki, bu ilin aprel ayında Prezident cənab İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması münasibətlərimizi yeni mərhələyə yüksəldib. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri güclənir. 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı olan Çinlə ticarət dövriyyəsi 37% artaraq 1,4 mlrd. ABŞ dollarını ötüb. Çin şirkətlərinin ölkəmizdə “yaşıl” enerji, avtomobil istehsalı, İKT, nəqliyyat və digər sahələrdə reallaşdırılan layihələrdə aktiv iştirakı, həmçinin həyata keçirilən təcrübə mübadiləsi yüksək qiymətləndirilib.

Tədbirdə ölkəmizin iqtisadi potensialı, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar, sənaye zonaları və azad edilmiş ərazilərdə biznes fürsətləri haqqında məlumat verilib, çinli, o cümlədən, Quandonq Əyalətini təmsil edən iş adamları fəal işbirliyinə dəvət olunub.

Çin Xalq Siyasi Məşvərət Konfransının Quandonq Əyaləti Komitəsinin sədri Lin Kıçinq Azərbaycanla iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini və ölkəmizin Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşına çevrildiyini qeyd edib. Lin Kıçinq Quandonq əyalətinin innovasiya və texnologiya üzrə potensialının Azərbaycanda sənaye, ticarət və alternativ enerji sektorlarında birgə təşəbbüslərin gerçəkləşdirilməsi üçün geniş imkanlar yaratdığını deyib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin qeyri-neft məhsullarının “Made in Azerbaijan” brendi altında Çin bazarında tanıdılması və təşviqi, eləcə də Çin biznesinin ölkəmizdə fəaliyyətinə dəstək göstərilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

CCPIT-nin Quandonq Əyalət Şöbəsinin I dərəcəli büro səviyyəli rəsmisi Bay Minqşao Çinin və Azərbaycanın işgüzar dairələri arasında artan təmasları vurğulayıb, nəticəyönümlü birgə təşəbbüslərin önəmini ifadə edib.

Çinin Azərbaycandakı səfiri Lu Mey yüksələn xətlə inkişaf edən Azərbaycan-Çin əlaqələrinin dinamikası, müxtəlif istiqamətlər üzrə işbirliyinin gücləndirilməsi haqqında fikirlərini bölüşüb.

Konfransda Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin biznes, ticarət və tranzit imkanları barədə danışıblar, AZPROMO-nun, eləcə də hər iki ölkənin şirkət nümayəndələri isə potensial investisiya layihələrinə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə AZPROMO və CCPIT-in Quandonq Komitəsi arasında çoxtərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Konfrans B2B görüşlərlə davam edib.

VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır?