10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşınmaz əmlakın icarə haqqının bazar qiymətinə uyğun hesablanması

Bu, şəxsin mülkiyyət hüququnu və müqavilə azadlığını pozurmu?

Daşınmaz əmlakla bağlı icarə münasibətləri zamanı bəzən icarəyəverən və icarəçi şəxslər yaxın qohumluq və digər asılılıq münasibətlərindən istifadə edərək, real icarə haqqı məbləğlərini müqavilələrdə əks etdirmir, bununla bağlı hər iki tərəfin qarşılıqlı razılığa gəldiyinə əsaslanılır, beləliklə, icarə haqqından tutulmalı olan gəlir vergisi büdcədən yayındırılır.

Vəkillər Kollegiyasının üzvü, vergi hüququ üzrə ekspert Sirac Piriyev məsələni şərh edərək bildirib ki, bu hal uzun zaman praktikada mübahisələr yaratmışdır. Tərəflərin müqavilə azadlığı prinsipi məhkəmələr tərəfindən mübahisələrin həllində əsas yanaşma olduğu üçün vergi orqanlarının əleyhinə qərarlar çıxarılmışdır. Nəhayət, qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında Konstitusiya Məhkəməsi tərəfindən icarə müqaviləsindəki icarə haqqına bazar qiymətinin tətbiqinin mümkün olub-olmamasının Vergi Məcəlləsinin 14, 67 və 124-cü maddələri və Mülki Məcəllənin 152.1, 390.1, 390.5 və 390.6-cı maddələri baxımından şərhi verilmişdir.

Məhkəmənin mövqeyinə görə, qanunverici, müqavilə azadlığını təsbit edərkən, mülki dövriyyə iştirakçılarının hüququn ümumi prinsipinə müvafiq olaraq vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Bunun əksi sübut edilmədiyi halda isə hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biri kimi qəbul edilir.

Bunun əksinin, yəni hüquqdan sui-istifadə halının sübuta yetirilməsi isə vergi orqanlarının üzərinə düşür. Bu hal sənədlərlə sübut olunduqda daşınmaz əmlakın icarə haqqı məbləği bazar qiyməti nəzərə alınmaqla hesablana bilər. Bu qaydada aparılan hesablama həm vergi ödəyicisinin Konstitusiyanın 73-cü maddəsi ilə müəyyən edilmiş öhdəliyinin icrasının təmin olunmasına xidmət edir, həm də Konstitusiyanın 60-cı maddəsinə əsasən vergi orqanlarının hərəkətləri qanunsuz və əsassız olduqda, qeyd olunanları məhkəmə qaydasında sübut etmək imkanı yaradır.

Nəticə olaraq, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin tətbiqi Mülki Məcəllənin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?