Yanvar-aprel aylarında Çinlə ticarət dövriyyəsi 1,4 milyard dolları üstələyib
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 37,6 faiz artaraq 1,4 milyard dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Çinə ixrac: 25 milyon dollar (+4 dəfə)
Çindən Azərbaycana idxal: 1,4 milyard dollar (+36 faiz)
Cari ilin ilk dörd ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 8,43 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,83 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi
