11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan iqtisadi mürəkkəblik üzrə artım tempinə görə lider olub

Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi ölkələrin “İqtisadi Mürəkkəblik İndeksi”nin (Economic Complexity Index) qiymətləndirildiyi növbəti hesabatını açıqlayıb. Azərbaycan İqtisadi Mürəkkəblik İndeksində ən yüksək müsbət irəliləyiş dinamikası nümayiş etdirib.

2018-2023-cü illərin göstəricilərinə əsasən, ölkəmiz 5 ildə 44 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb. Azərbaycanın reytinqdə dinamik yüksəlişinə iqtisadi şaxələndirmə, yeni istehsal sahələrinin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft-qaz emal sənayesi məhsullarının həcmi və çeşidinin artırılması, xüsusilə sənaye parklarının səmərəli fəaliyyəti ilə ixrac potensialının genişləndirilməsi nəticəsində nail olunub.

“Growth Lab”ın analitikləri vurğulayırlar ki, sənaye parklarına yatırılan investisiyalar şaxələnmə üçün yeni imkanlar yaradır. Bu baxımdan Sumqayıt Kimya Sənaye Parkını qeyd etmək olar. Parkda istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsulları ixracın çeşidini artırır.

Qeyd edək ki, İqtisadi Mürəkkəblik İndeksi (ECI) ölkələrin iqtisadiyyatlarının şaxələnməsi, yüksək əlavə dəyər yaratması və məhsulların istehsalında bilik və bacarıq tutumunun səviyyəsi baxımından mürəkkəbliyi ölçür. İqtisadi Mürəkkəblik İndeksindən qlobal ticarət dinamikasını, ölkələrin gələcək iqtisadi artım potensialını proqnozlaşdırmaq, iqtisadi inkişaf strategiyalarını formalaşdırmaq üçün istifadə olunur.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?