Rusiya aviaşirkəti Tümendən Bakıya uçuşların sayını artıracaq
İyunun 4-dən Rusiyanın “Utair” aviaşirkəti Tümendən Bakıya uçuşların sayını həftədə iki dəfəyədək artıracaq.
Aviaşirkətin məlumatına görə, uçuşlar çərşənbə və cümə günləri yerinə yetiriləcək.
Həmçinin yaz-yay mövsümündə “Utair” Bakıya digər istiqamətlərdən uçuşlar həyata keçirəcək:
Moskvadan - həftədə 7 dəfə,
Sankt-Peterburqdan - həftədə 4 dəfə,
Surqutdan - həftədə 3 dəfə.
