29 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib

Son dövrlərdə dünya və region miqyasında baş verən mürəkkəb iqtisadi proseslərə baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi strateji və düşünülmüş iqtisadi siyasət nəticəsində 2024-cü il üzrə büdcə xərclərinin icrası müsbət dinamika ilə aparılıb. Milli valyutanın sabitliyi qorunub saxlanılıb, eyni zamanda, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm irəliləyişlər qeydə alınıb. Cari ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib. Bu göstərici ölkənin maliyyə dayanıqlığını və iqtisadi müstəqilliyini nümayiş etdirir.

Bu fikirləri maliyyə naziri Sahil Babayev Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsi zamanı ölkənin makroiqtisadi göstəriciləri ilə bağlı açıqlamasında səsləndirib.

Nazir qeyd edib ki, dövlətin ehtiyatlarının artması və fiskal intizamın qorunması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidənqurma işləri davam etdirilib, müdafiə sahəsində vacib alışlar həyata keçirilməklə bütövlükdə iqtisadi sabitlik təmin olunub.

Müzakirələr zamanı, həmçinin vurğulanıb ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır və bu, ölkənin gələcək maliyyə dayanıqlılığını gücləndirəcək əsas amillərdən biridir.

AZƏRTAC

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?