5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AİŞ: Ölkədə həyata keçirilən “yaşıl” layihələrə 74 milyon manat investisiya ayrılıb

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən ölkədə həyata keçirilən “yaşıl” layihələrə 74 milyon manat investisiya ayrılıb.

İnvestisiya ayrılan layihələr:

- Laçında beş kiçik su elektrik stansiyasının yenidən qurulması layihəsi. Layihə Türkiyənin “Demirören Holding”i ilə birgə həyata keçirilir. Bu stansiyalar sayəsində bölgə bərpaolunan enerji ilə təmin olunacaq, eyni zamanda ənənəvi enerji mənbələrindən asılılıq azalacaq.

- Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası inşa ediləcək. Layihə AİŞ-in SOCAR Green və bp ilə birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır və işğaldan azad edilmiş ərazilərdə indiyə qədər görülmüş ən böyük “yaşıl” enerji təşəbbüslərindən biri olacaq.

- Sumqayıtda İtaliyanın “Technip Energies” şirkəti ilə birlikdə inşa ediləcək yeni zavod plastik tullantıları emal edib piroliz yağına çevirəcək.

- BƏƏ-nin “Masdar” şirkəti ilə birgə məişət tullantılarından təmiz enerji istehsalı layihəsi üzərində işlər aparılır.

- Çinin BYD və “Electrify Azerbaijan” MMC ilə birgə Sumqayıtda elektrik avtobus zavodunun inşası planlaşdırılır. Bu, ölkədə həm ekoloji nəqliyyatın, həm də yerli sənayenin gələcəyinə böyük töhfə verəcək.

- COP29 iqlim konfransında bir sıra beynəlxalq tərəfdaşlarla sazişlər imzalanıb – Türkiyənin “Dias Bilişim ve Teknoloji Hizmetleri A.Ş.” şirkəti ilə plastik və şüşə qabların toplanması, Böyük Britaniyanın “Carbonbit Technologies” şirkəti ilə karbon tutma texnologiyalarının inkişafı, Birləşmiş Ərəb Əmirliklərinin “Volts” şirkəti ilə enerji batareyalarının istehsalı kimi ekoloji layihələr ilə bağlı əməkdaşlıqlar qurulub.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?