24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank sektorunda kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən 2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələri açıqlanıb.

Mərkəzi Bankın məlumatına görə, sorğu nəticələrinə əsasən, 2025-ci ilin I rübündə biznes və ipoteka kreditləri üzrə bankların kreditləşmə siyasətində dəyişiklik olmasa da, istehlak kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilib. Banklar biznes və istehlak kreditlərinə tələbdə dəyişiklik olmadığını, ipoteka kreditləri üzrə isə tələbdə artım olduğunu bildirib.

Sorğuya əsasən, banklar 2025-ci ilin II rübündə cəmi biznes və ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağı, bununla belə, istehlak kreditləri üzrə sərtləşmə trendinin davam edəcəyi qənaətindədirlər. Banklar növbəti rübdə ipoteka və istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağı, biznes kreditlərinə tələbdə isə artım olacağı ilə bağlı gözləntilərini bölüşüb. Bankların cavablarına əsasən, maliyyələşmə mənbələrində fiziki və hüquqi şəxslərin müddətli depozitləri üzrə artım müşahidə olunub. Respondentlər növbəti rübdə də bu istiqamətdə müsbət dinamikanın davam edəcəyini düşünür. Hesabatda sorğu nəticələrinə əsasən qeyd olunur ki, banklararası rəqabətin artması şəraitində fiziki və hüquqi şəxslərin tələbli və müddətli depozitləri üzrə maliyyələşmə dəyərində artım müşahidə olunub. Banklar növbəti rübdə də eyni tendensiyanın davam edəcəyi qənaətindədirlər.

Qeyd edək ki, sektorun kreditləşmə və maliyyələşmə fəaliyyətində dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

2025-ci ilin I rübü üzrə “Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri” ilə aşağıdakı linkdən tanış olmaq olar:

https://uploads.cbar.az

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?