10 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-aprel aylarında 120 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2025-ci ilin yanvar- aprel ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 120.130 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 19.373-ü (16,1 faiz) ilkin, 100.757-si isə (83,9 faiz) isə təkrar qeydiyyatın payına düşür.

2025-ci ilin ilk dörd ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 20.332, mənzil – 28.355, torpaq sahəsi – 67.143, qeyri-yaşayış binası – 961, qeyri-yaşayış sahəsi – 3.061, əmlak kompleksi – 213, çoxmərtəbəli yaşayış binası – 62 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 30.546-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-aprel ayları ərzində 84.305 texniki pasport tərtib edilib, 19.915 ipoteka müqaviləsi qeydiyyata alınıb.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?