Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrin adları açıqlanıb
Bu ilin yanvar-aprel aylarında ölkənin neft-qaz sektoruna 1 454,9 milyon manatlıq investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən 3 614,4 milyon manatlıq investisiyanın 728 milyon manatı (ümumi sərmayənin 14,4 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
Cari ilin ilk dörd ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən investisiyanın 1 252,2 milyon manatı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.
