10 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını müzakirə ediblər

Türkiyənin “Gənc MÜSİAD” təşkilatının Konya və Qaziantep şöbələrinə üzv olan gənc iş adamları Bakıda işgüzar səfərdədirlər. Səfər çərçivəsində “Gənc MÜSİAD Azərbaycan”ın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan və Türkiyənin gənc iş adamlarının iştirakı ilə əməkdaşlıq görüşü keçirilib.

Agentliyin məlumatına görə, görüşdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, “Gənc MÜSİAD Azərbaycan” təşkilatının sədri Akif Başoğlu, təşkilatın Konya şöbəsinin sədri Asım Elliki və Qaziantep şöbəsinin sədri Furkan Bozkurt çıxış edərək, hər iki ölkənin iş adamları arasında əməkdaşlıq, ortaq biznes layihələri, startap ekosistemlərinin inkişafı, qarşılıqlı investisiya qoyuluşu imkanları, sahibkarlıq sahəsində təcrübə mübadiləsi və gələcəkdə birgə platformaların yaradılması ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Ölkəmizdə sahibkarlığa, xüsusilə də KOB-lara göstərilən dəstək, KOBİA-nın xidmətləri barədə Agentlik tərəfindən təqdimat keçirilib, Türkiyənin iş adamlarının sualları cavablandırılıb, ölkəmizin biznes və investisiya mühiti barədə film nümayiş olunub.

Sonda tədbir iştirakçıları arasında “B2B” formatında ikitərəfli görüşlər təşkil olunub.

İş adamları sahibkarlara vahid məkanda xidmət mərkəzi olan “Bakı KOB evi”nin fəaliyyəti, burada göstərilən xidmətlərlə də tanış olublar.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?