Təbii inhisar subyektləri üzrə baxılan müraciətlərin 50 faizindən çoxu təmin edilib
Bu ilin yanvar-mart ayları ərzində təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar 435 istehlakçı müraciətinə baxılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, hesabat dövründə baxılan müraciətlərin 50 faizindən çoxu təmin edilib.
Baxılan müraciətlərin sahələr üzrə bölgüsü:
Rabitə xidmətləri – 260
Qaz təchizatı xidməti – 41
İçməli su xidməti – 27
Elektrik enerjisi xidməti – 24
İstilik enerjisi xidməti – 11
Dəmiryolu nəqliyyatı xidməti – 11
Hava yolu nəqliyyatı xidməti – 5
Poçt xidməti – 2
Kanalizasiya xidməti – 1
Digər sahələr – 53
Təbii inhisar subyektlərinin fəaliyyətinin düzgün tənzimlənməsi bazarda rəqabətin inkişafını stimullaşdırır və bu sahədə istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına şərait yaradır.
